Sumqayıt şəhəri ərazisində bir nəfərin içərisində pul və bank kartı olan cüzdanının oğurlanması və sonradan həmin kartdan 190 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakinləri Tural Abbasov və Yavər Şərifov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.