Bir gündə 10 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb

13:05 - 4 May 2023 - HADİSƏ

Ötən gün ölkə ərazisində külli miqdarda marixuana aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının mayın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbər xətti