Mingəçevirdə avtomobillər toqquşub, ölən var

10:16 - 4 May 2023 - HADİSƏ

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində Bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub, daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti