Bakıda avtomobillər toqquşub, yolun kənarında oturan qadın ölüb

09:10 - 4 May 2023 - HADİSƏ

Bakıda avtomobillər toqquşub.

Bakıxanov qəsəbəsi ərazisində Ələkbərov Anar Yasin oğlunun idarə etdiyi “Chevrolet Cruz” markalı avtomobillə Qasımov Ələddin Rafiq oğlunun idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil toqquşub.

Nəticədə “Hyundai Santafe” markalı avtomobilin idarəetməni itirərək yol kənarında əyləşmiş Həsənova Xuraman Mobil qızını vurub. Yaralı aldığı xəsarətlərdən 3 saylı Sabunçu xəstəxanasında ölüb.///Apa

Xəbər xətti