Qubada canavarlar kəndə hücum edib, 20 qoyunu parçalayıb

19:46 - 3 May 2023 - HADİSƏ

Qubada canavarlar kəndə hücum edib.

APA-nın məlumatına görə, hadisə rayonun Aydınkənd kəndində qeydə alınıb. Canavarlar kənd sakini Vasif Tarverdiyeva məxsus 20 qoyunu parçalayıb, onlardan 10-nu tələf olub. Kənd sakini deyib ki, ona təxminən 4000 manata qədər ziyan dəyib. Onun sözlərinə görə, heyvanlar məşğulluq xidməti tərəfindən vətəndaşa təqdim edilib.

Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Xəbər xətti