Doqquzuncu sinif şagirdi məktəbin binasından yıxıldı (YENİLƏNİB)

12:21 - 3 May 2023 - HADİSƏ

Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllıda məktəb binasından yıxılan şagird barədə açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

“Hazırda şagird xəstəxanadadır və vəziyyəti normaldır. Hadisənin səbəbi bilinmir. Araşdırma bitəndən sonra ətraflı məlumat veriləcək”.

10:47

İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.

Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə nəticəsində məktəbli xəsarətlər alıb. 

Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.

Xəbər xətti