PSJ Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. Bildirilib ki, bu qərar futbolçunun Fransa Liqa 1-də “Loryen”lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsi ilə bağlıdır. Həmin görüşdə parislilər 1:3 hesabı ilə məğlub olublar.