Ucnoqta.az
www.ucnoqta.az

"PSJ" Messini cəzalandırıb

00:07 - 3 May 2023 tarixində dərc olunub.

PSJ Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. Bildirilib ki, bu qərar futbolçunun Fransa Liqa 1-də “Loryen”lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsi ilə bağlıdır. Həmin görüşdə parislilər 1:3 hesabı ilə məğlub olublar.

Müəllif: Ucnoqta.az redaksiyası