III Çarlzın tacqoyma mərasiminə bu ölkələrin liderləri dəvət edilməyib

21:51 - 2 May 2023 - SİYASƏT

Böyük Britaniya bir sıra ölkələrin, o cümlədən Rusiya, Belarus və İran liderlərinə kral III Karlzın tacqoyma mərasiminə dəvət göndərməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Həmçinin Myanma, Suriya, Əfqanıstan və Venesuela liderləri də mərasimə dəvət almayıb.

Dəvətləri Böyük Britaniyanın dostluq diplomatik əlaqələri saxladığı dövlətlərin başçıları, habelə ölkənin xarici ərazilərinin administrasiyalarının rəhbərləri qəbul ediblər. Şimali Koreya və Nikaraqua kimi ölkələrin diplomatik idarələrinin rəhbərlərinə dəvətlər göndərilib.

Ümumilikdə Vestminster Abbatlığında keçirilən tacqoyma mərasiminə dövlət başçıları və kral ailələrinin nümayəndələri də daxil olmaqla 2200 qonaq dəvət olunub. ABŞ-ı tacqoyma mərasimində birinci xanım Cil Bayden, Çini isə vitse-prezident Han Zheng təmsil edəcək.

Xəbər xətti