İsmayıllı rayonunda orta məktəbdə baş verən hadisənin bəzi təfərrüatları məlum olub.
"Unikal"ın məlumatına görə, bu gün saat 12:15 radələrində rayonun Kürdmaşı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü Rüstəmova Yeganə Məhəmməd qızı özünü binanın 2-ci mərtəbəsinin pəncərəsindən aşağı atıb. Hadisə dərslərarası fasilə vaxtı olub. Yeganə Rüstəmova paltarını düzəltmək bəhanəsi ilə şagird yoldaşlarına sinif otağından çıxmağı deyib və sonra qapını örtərək otağın pəncərəsindən özünü aşağı atıb. Onun 9-cu sinif şagirdlərinin buraxılış imtahanında az bal topladığına görə son günlər stress yaşadığı və bu səbəbdən intihara cəhd etdiyi bildirilir. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.