Tacikistanda avtobusun uçuruma düşməsi nəticəsində 6 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi məlumat yayıb.
Məlumata görə, Düşənbə-Xucənd-Çanak avtomobil yolunun 154-cü km-də avtobus uçuruma düşüb.
İdarəetməni itirən mikroavtobus sürücü sü 200 metr hündürlükdən uçuruma düşüb.
Qeyd olunur ki, xilasedicilər aşağı enərək sürücü və beş sərnişinin cəsədini çıxara biliblər. Daha iki uşaq və bir qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ayni rayon xəstəxanasına çatdırılıb.