Bakının Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.
Ucnoqta.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu “Volkswagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub.
Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, vəfat edən 7 yaşlı İbrahim Məmmədov həmin məktəbin 1-ci sinif şagirdi olub.