Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saat 02 radələrində Xətai rayonunun Zığ yolu küçəsində 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi moped naməlum şəraitdə qəzaya uğrayaraq aşıb. Nəticədə 21 yaşlı qız yıxılaraq qapalı kəllə-beyin travması alıb. 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən qız xəstəxanada vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.