Gəncə şəhərində xəstəxanada yanğın olub.
Hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.
Məlumatla əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.
Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.///oxu.az