Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə xəstəxanada yanğın olub

10:18 - 26 Aprel 2023 tarixində dərc olunub.

Gəncə şəhərində xəstəxanada yanğın olub.

Hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.

Məlumatla əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.///oxu.az

Müəllif: Ucnoqta.az redaksiyası