Bakıda daha bir intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1978-ci il təvəllüdlü Fikrət Məmməd oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırılma aparılır.