Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 45 yaşlı kişi özünü asdı

17:45 - 25 Aprel 2023 tarixində dərc olunub.

Bakıda daha bir intihar hadisəsi baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini 1978-ci il təvəllüdlü Fikrət Məmməd oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri məlum deyil. 

Faktla bağlı araşdırılma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası