Pekində xəstəxanada baş verən yanğında 21 nəfər ölüb - VİDEO

04:37 - 19 Aprel 2023 - HADİSƏ

Pekində xəstəxanada baş verən yanğın nəticəsində 21 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, yanğın aprelin 18-də axşam saatlarında başlayıb. Xəstələr xəstəxananın pəncərəsindən qaçmağa çalışıblar. Onlar, bir-birinə bağlanmış mələfələrlə aşağı sürüşür və yaxınlıqdakı binanın damına enirək, oranı tərk edirlər.

Məlumata görə, yanan binadan 70-dən çox xəstə təxliyə edilib. Yanğın nəticəsində 21 nəfər ölüb.

Xəbər xətti