“Whatsapp”da yeni funksiya

13:16 - 18 Aprel 2023 - MARAQLI

“WhatsApp” messencer komandası söhbətlərdə animasiyalı emojilərdən istifadə üçün funksiya hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Ekspertlərin fikrincə, animasiya emojiləri yazışmaları “daha ​​əyləncəli”, emosiyaları “parlaq” etməklə istifadəçi təcrübəsini yaxşılaşdıracaq.

İstifadəçi tərəfindən seçilmiş emojinin hərəkətli versiyası varsa, animasiya avtomatik olaraq başlayacaq. 

Bu funksiyanın yaxın gələcəkdə geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

Xəbər xətti