“WhatsApp” messencer komandası söhbətlərdə animasiyalı emojilərdən istifadə üçün funksiya hazırlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Ekspertlərin fikrincə, animasiya emojiləri yazışmaları “daha əyləncəli”, emosiyaları “parlaq” etməklə istifadəçi təcrübəsini yaxşılaşdıracaq.
İstifadəçi tərəfindən seçilmiş emojinin hərəkətli versiyası varsa, animasiya avtomatik olaraq başlayacaq.
Bu funksiyanın yaxın gələcəkdə geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.