Abşeronda 32 ədəd akkumulyator oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 32 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Şərifov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.