Ucarda evin həyətindən kişi meyiti aşkar edilib.
Qazıqumlaq kəndində Ağasıyeva Məryəm Gözəl qızının yaşadığı evin həyətində Ələkbərov Əlisurət Ələkbər oğlunun meyiti aşkar edilib.
Ələkbərov Əlisurət Ələkbər oğlunun meyitinin xarici müayinəsi zamanı bədəni üzərində gözlə görünən zorakı xəsarət aşkar edilməyib, mərhumun ölüm səbəbi və sair halları müəyyən etmək məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Müəyyən edilib ki, Ə.Ələkbərov yaddaş pozğunluğundan əziyyət çəkmiş, eləcə də əvvəllər 2 dəfə ürək infarktı keçirib.///Apa