Bakıda üçmərtəbəli binada yanğın olub

09:26 - 18 Aprel 2023 - HADİSƏ

Bakıda üçmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta.az-a bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti