Bakıda ağır qəza: Ölən və xəsarət alanlar var - FOTO

09:18 - 18 Aprel 2023 - HADİSƏ

Bakının Sabunçu rayonunda ölümlə və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, avtomobilin beton maneəyə çırpılması nəticəsində, 25 yaşlı Əliyev Elxan Ziya oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər iki nəfər - 1999-cu il təvəllüdlü Çobanov Nurlan Hətəmxan oğlu və həmyaşıdı Abbasov Ceyhun Səyyad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti