Beyləqanda maşın kanala aşıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun kəndində, Yuxarı Qarabağ kanalının kənd ərazisindən keçən hissəsində baş verib. İlkin ehtimallara görə, körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb.
Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılıb. Lakin sürücünün maşında olmayıb. Hazırda onun axtarışları aparılır.
Sürücünün hərbçi olduğu bildirilir.
13:33
Beyləqanda avtomobil kanala aşıb.
APA-nın xəbərinə görə, Beyləqanın Birinci Şahsevən kənd sakini, 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevin idarə etdiyi “Khazar” markalı minik avtomobili körpüdən aşaraq kanala düşüb.
Sahil Ağayevin hərbçi, idarə etdiyi maşının isə dostuna aid olduğu bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc - xilasediciləri ərazidə axtarış-xilasetmə tədbirləri görürlər.