Qəbələdə həkim səhlənkarlığından ölüm faktına görə cinayət işi başlandı

13:08 - 17 Aprel 2023 - HADİSƏ

Şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Qəbələ rayon prokurorluğundan Ucnoqta.az-a verilən xəbərə görə, İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Xəbər xətti