Naxçıvanda Culfa sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Xanəgah kənd sakini Adil Yusifovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 3 ədəd 7,62 çaplı patron, 1 ədəd süngü bıçaq və 1 ədəd durbin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun kəndin “Buzxana” adlanan ərazisində “AK-74” markalı avtomat silahı, 2 ədəd daraq, 524 ədəd müxtəlif çaplı patron və 1 ədəd “Maqnum” markalı ov tüfəngini gizlətməsi də müəyyən olunub.
Davam etdirilən tədbirlərlə həmin yerə baxış zamanı qeyd edilən silahlar oradan aşkar olunaraq götürülüb.