Ermənistanda yol qəzasında Rusiya hərbçiləri yaralanıb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Sünik vilayətinin Nor Zanger hissəsində "VAZ" markalı avtomobillər toqquşub. Qəza nəticəsində Gümrüdəki Rusiya hərbi bazasının iki əməkdaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.