Bakıda Pakistan vətəndaşlarını oğurlayan şəxslər saxlanıldı- YENİLƏNİB

09:51 - 17 Aprel 2023 - HADİSƏ

Pakistan vətəndaşlarını oğurlayaraq pul tələb edən şəxslər tutulub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, əməli törətməkdə şübhəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda zəruri istintaq hərəkətləri aparılır.

09:32

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb edib.

"Report" xəbər verir ki, bu barədə Pakistan vətəndaşları 2003-ci il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı polisə müraciət ediblər.

Bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri 1996-cı il təvəllüdlü Mukhtar Mohsin,1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-ci il təvəllüdlü Muzammil Muhammad onları H.Əliyev adına Beynəlxalq Hava Limanında qarşılayıb onlara taksi fəaliyyəti göstərəcəkləri adı ilə Bakı sakininə məxsus kirayədə yaşadıqları mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər, o cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollar və 400 Avro pulunu ələ keçiriblər.

Bundan başqa, azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 000 ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 8 maddəsi (adam oğurluğu, quldurluq, hədə qorxu ilə pul tələb etmə və s.) ilə cinayət işi başlanıb.

Xəbər xətti