Bakıda mənzildə meyit aşkarlanıb

16:00 - 16 Aprel 2023 - HADİSƏ

Bakıda mənzildə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ucnoqta.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti