Bakıda 2 yaşlı uşağını və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Saqi Kərimovun cinayət işi üzrə məhkəməyə verdiyi ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib.
Saqi Kərimov ifadəsində göstərib ki, 14 fevral 2020-ci il tarixdə Sənəm Kərimova (adı şərti) ilə nikah bağlanıb. Onların həmin ildə iş üzrə zərərçəkmiş qismində tanınan oğlu Arif (şərti) adlı oğlu anadan olub. Cütlüklər ailə qurandan Bakı şəhərində kirayə yaşamışlar. Sənəm ilə aralarında mübahisə olduğundan 2022-ci ilin avqust ayında qadın uşağı götürüb Bakı şəhərində yaşayan atası Akif Qarayevin (ad, soyadı şərti) yaşadığı evinə gedib. O, Sənəmə onunla getməsini deyib, lakin qadın razılaşmayıb. Sənəm ona borcları olduğunun, borclarını qaytardıqdan sonra onunla birlikdə yaşamağa razı olacağını söyləyib. Saqi tez-tez gedib uşaqla görüşürmüş.
Təqsirləndirilən şəxs dindirilən zaman ailədaxili münaqişələrə görə, eyibləri açıqlamaq istəmədiyini söyləyib.
Hadisə olan tarixdə Səbail rayonu 20-ci sahəyə çatan zaman orada olan qab-qacaq satılan mağazaya daxil olaraq bir ədəd bıçaq alıb əynindəki gödəkçənin iç cibinə qoyub. Sonra qayınatasıgilə gedib. O, Sənəmgilə çatan zaman arvarı, qaynanası Nailə Qrayevə (ad, soyadı şərti) və oğlu Arif evdə olub. Saqi qaynatası Akif ilə danışıb və xahiş edib ki, ailəsini buraxsın, onunla birlikdə çıxıb getsinlər. Akif ona deyib ki, arvadını ona verməyəcək. Qayınatası ona bu sözləri dedikdə, o, qərara gəlib ki, oğlunu və özünü öldürsün. Sənəm Arifi döşəmənin üzərindən götürüb ona verib. Saqi Akifi qucaqlayıb qonaq otağından yataq otağına aparıb. O, yataq otağına keçən kimi, Arifi çarpayının üzərinə uzadıb gödəkçənin iç cibində saxladığı bıçağı çıxarıb, onu öldürmək məqsədilə ürəyindən bıçaqla vurub.
Saqi istintaqda 9 bıçaq vurduğunu bildirsə də, o, bunu etməyini xatırlamır.
"Baş vermiş hadisə nəticəsində övladıma xəsarət yetirmiş ata kimi burada olsam da, oğlum mənim düşmənim deyil. Mən də oğluma düşmən deyiləm. Barəmdə irəli sürülən ittiham çox ağırdır. Mən oğlumdan ayrı düşmək istəmirəm", - o vurğulayıb.
Daha sonra Saqi ifadəsində qeyd edib ki, qaynanası Nailə bıçağı əlində tutub. Əməlindən peşman olduğunu söyləyib.
Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs bildirib ki, uşağın müalicəsi ilə ailəsi məşğul olur.
Əvvəllər məhkum olmuş, mühafizə xidmətində işləyən zaman məlumatı olmadığından boş kağızları imzalamış, cəzasını çöldə çəkib.
Qeyd: Hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən xəsarətlər yetirib, sonra özünün boğaz nahiyəsinə bıçaqla zərbə vurub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Saqi Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
Məhkəmənin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.