“Kəpəz”-“Turan Tovuz” oyunundan sonra futbolçular arasında dalaş-dalaş iddiası ilə bağlı DİN açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru,polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün Qəbələ şəhər stadionunda keçirilən “Kəpəz”-“Turan Tovuz” futbol klubları arasında keçirilən matçın yekununda futbolçular arasında sözlü mübahisə yaranıb.
Hakimlər, eləcə də məşqçi heyəti tərəfindən futbolçular sakitləşdirilib və hər hansısa bir dava-dalaş qeydə alınmayıb.///unikal