Qaradağda evdə yanğın olub

17:00 - 15 Aprel 2023 - HADİSƏ

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd paltaryuyan maşın və mətbəxin pəncərəsi qismən yanıb.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan lambirdən ibarət tavan 1 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti