Qəbələdə yanacaq daşıyan avtomobil körpüdən aşdı - Ölən var

16:26 - 15 Aprel 2023 - HADİSƏ

Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verməsi nəticəsində yanacaq daşıyan avtomobil körpüdən aşıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.

Xəbər xətti