İstanbuldan Bakıya gələn Azərbaycan vətəndaşında 17 kq qızıl aşkar edildi - FOTO

15:28 - 15 Aprel 2023 - HADİSƏ

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirib.

Komitədən Ucnoqta.az-a verilən xəbərə görə, baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti