Xırdalanda parkdan 3 ədəd skamya oğurlanıb

11:29 - 15 Aprel 2023 - HADİSƏ

Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3 ədəd skamya oğurlanıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər xətti