Rusiyada 14 yaşlı qız uşaq dünyaya gətirib

16:58 - 14 Aprel 2023 - HADİSƏ

Moskvada yaşıdları tərəfindən zorlanan 14 yaşlı məktəbli qız hamiləliyinin səkkizinci ayında uşaq dünyaya gətirib. 

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Amina (əsl adı dəyişdirilib) valideynləri ilə yaşayır və 7-ci sinifdə oxuyur. Ötən gün ticarət mərkəzində qızın vəziyyəti pisləşib. Təcili yardımla xəstəxanaya çatdırılan Aminanın hamilə olduğu məlum olub. Qeysəriyyə əməliyyatı ilə uşaq götürülüb.
Valideynləri qızlarının hamilə olmasından hiss etməyiblər.

Amina baş verən hadisəni danışıb. O, Beka adlı oğlanla idman meydançasında görüşdüklərini deyib. Qız ona təcavüz edən oğlana müqavimət göstərə bilməyib.

Həkimlər həm yeni doğulmuş körpəni, həm də qızı xilas edə biliblər. Polis Bekanı tapmağa çalışsa da, o, Qırğızıstana qaçıb. İndi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır, valideynlərin üzərinə düşən vəzifəni yerinə yetirməməsi ilə bağlı inzibati iş açılıb.

Xəbər xətti