Yaponiyada müştərinin kokteylinə qan qatan ofisiant işdən qovulub

14:50 - 14 Aprel 2023 - HADİSƏ

Yaponiyada bir ofisiant müştərinin kokteylinə öz qanını qatdığı üzə çıxdıqdan sonra işindən qovulub

Ucnoqta.az xəbər verir ki, bu barədə Oddity Central yazıb.

Ofisiant qızın müştərinin içkisinə qan qatdığı məlum olduqdan sonra qadın bunu müştərinin istəyi ilə etsə də, işdən çıxarılıb. Fafe rəhbərliyi keçmiş işçinin hərəkətini təhlükəli adlandıraraq üzr istəyib.

Mütəxəssislər bildirir lər ki, başqasının qanından istifadə edərkən təhlükəli infeksiyalara yoluxa bilərsiniz. Kişiyə və ofisiant qadına mümkün qədər tez müayinədən keçmək tövsiyə edilib.

"Ağızda yaralar varsa, yoluxmaq asandır" -həkim deyib.

Araşdırma aparmaq və bütün qabları dəyişdirmək üçün kafe bir müddət bağlanıb.

Xəbər xətti