Masallıda Dağıstan vətəndaşı qəzaya düşüb, xəsarət alan var -  FOTO

09:15 - 14 Aprel 2023 - HADİSƏ

Masallıda Dağıstan vətəndaşı qəzaya düşüb.

APA-nın xəbərinə görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının 131-ci kilometrliyində qeydə alınıb.

Dağıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Maqomedsadiq Xasmamodovic Ahayev idarə etdiyi "TIR" markalı yük avtomobili ilə hərəkətdə olan "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "TIR" 200 metrə qədər sürüşüb və hər iki yük maşını yol kənarına düşüb.

"TIR"-ın sürücüsü sıxılmış vəziyyətdə maşında qalıb.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Qüvvələri cəlb olunub.

Görülən tədbirlərdən sonra sürücü maşından çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti