Cəlilabadda iki avtomobil toqquşub, ölən və yaralanan var 

18:30 - 13 Aprel 2023 - HADİSƏ

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, nəticədə bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Yaralı rayon xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti