Mini ətəyin yaradıcısı vəfat edib - FOTO

16:31 - 13 Aprel 2023 - HADİSƏ

Britaniyalı dizayner Meri Quant vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb.

Qeyd edək ki, mini ətəklərin yaradıcısı olan dizayner 94 yaşında dünyasını dəyişib.
Meri Quant 11 fevral 1930-cu ildə Londonda anadan olub və sonradan Qoldsmit İncəsənət Kollecini bitirib. 1955-ci ildə gələcək əri Alexander Plunkett Green və dostu Arci McNair ilə birlikdə Bazaar butikini açıb və burada müəlliflik geyimlərini təqdim etdi.

Dizayner 1960-cı illərdə dünyaca məşhur model Twiggy tərəfindən məşhurlaşan mini yubkanın yaradıcısı hesab olunur.


Xəbər xətti