İsmayıllıda ata və oğul birləşib qonşularını  DÖYDÜ

18:38 - 12 Aprel 2023 - HADİSƏ

İsmayıllı rayonunda kənd sakinləri arasında dava olub.

Ucnoqta.az-ın "Unikal"a istinadən məlumatına görə, bu gün saat 17:30 radələrində rayonun İvanovka kənd sakinləri Qurbanov Etibar Qasim oğlu və Qurbanov Hicran Etibar oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 1986-cı il təvəllüdlü Qasımov Raqib Ilyas oğlunu döyüblər. O, ağır bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti