Şəmkirdə avtomobil körpüdən aşıb, bir ailənin altı üzvü xəsarət alıb

15:22 - 12 Aprel 2023 - HADİSƏ

Şəmkir rayonunda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə bir ailənin 6 üzvü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti