Fransada 13 aktrisa və model aktyor Jerar Depardye tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını bildiriblər
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, 2004-2022-ci illər arasında baş verən çəkilişlər zamanı 13 qadın aktyorun təcavüzünün qurbanı olduqlarını söyləyib.
Bununla belə, qadınlardan heç biri hüquq-mühafizə orqanlarına rəsmi şikayət etməyib.
Qeyd edək ki, 74 yaşlı aktyor 2020-ci ildən aktrisa Şarlotta Arnullun oxşar hərəkətləri ilə bağlı iddialarına görə cinayət işi üzrə istintaq altındadır.
Depardye mətbuata şərh verməkdən imtina edib. Vəkili bildirib ki, “aktyor hər hansı cinayət əməli törətdiyini qəti şəkildə inkar edir”.