Tapılan qadın meyitinin kimliyi müəyyən edilib

12:20 - 12 Aprel 2023 - HADİSƏ

Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məluçata görə, Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub (https://genprosecutor.gov.az/az/post/6193).

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.

İbtidai istintaq davam etdirilir.

Xəbər xətti