İndoneziyanın şimalında Toba gölü yaxınlığında avtobus dərəyə aşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Jakarta Post məlumat yayıb. Bildirilir ki, nəticədə azı 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
Məlumata görə, avtobus 30 metr dərinlikdəki dərəyə düşüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.