Azərbaycanda bahalı avtomobilləri yandıran şəxs saxlanıldı - VİDEO

03:54 - 12 Aprel 2023 - HADİSƏ

Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində "BMW" və "Porche" markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Göygöldə 2 bahalı avtomobil yandırılıb.

Bir nəfər rayon sakini “Porche” və “BMW” markalı avtomobillərə yandırıcı maddə tökərək od vurub.

Hadisə yerinə dərhal FHN və Göygöl  Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

İlkin məlumata görə, yanğın qəsdən törədilib. Hələlik şəxsin maşınları yandırma səbəbi məlum deyil.///qafqazinfo

Xəbər xətti