Culfada avtomobil körpüdən aşıb

14:35 - 11 Aprel 2023 - HADİSƏ

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Milax kəndi ərazisində qeydə alınıb. Milax və Teyvaz kəndləri arasında olan körpüdən avtomobilin aşması nəticəsində 1988-ci il təvəllüdlü, Teyvaz kənd sakini Həşimov Orxan Həsənqulu oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Naxçıvan MR Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabit qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti