ABŞ-da məscidin imamı namaz qılarkən bıçaqlanıb - FOTO

13:56 - 11 Aprel 2023 - HADİSƏ

ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində yerləşən məscidin imamı bıçaqlanıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Ömər məscidinin imamı Seyid Əl-Nəkib aprelin 9-u b səhər namazını qılarkən baş verib.
Məscidin təhlükəsizlik kamerası görüntülərində cinayətkarın 65 yaşlı imamı bıçaqla vurduğu açıq-aydın görünür.
Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən Zorba məscidin bayır qapısına qaçmaq istəyərkən camaat tərəfindən yaxalanaraq polisə təhvil verilib.
İmam Əl-Nəkibin həyati təhlükəsinin olmadığı bildirilib.
Zorba ifadəsində İstanbuldan olduğunu və bu yaxınlarda ABŞ-a gəldiyini bildirib və o sənədsiz silah gəzdirmə və adam öldürməyə cəhd adı ilə tutulub.

Faktla bağlı araşdırmalar davam edir.

Aytac

Xəbər xətti