Şəki Apellyasiya Məhkəməsində hüquqşünas və ictimai fəal İlham Aslanoğlunun (Təhməzov) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Qeyd: İ.Aslanoğlu Yevlax Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub. O, Yeganə Ələkbərova adlı şəxsin xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasənda həbs edilib.